Mən kiməm?
Salam, mən Anar. Azərbaycanda yaşayıram; veb proqramlaşdırma və JavaScript ekosistemi üçün çərçivə (framework) və kitabxanalar (library) hazırlayıram. Hazırda memarlıq fəlsəfəsini fərqli bir yanaşma ilə qurduğum Bee.js və vizual həllər təqdim edən SlideCars layihələri üzərində işləyirəm. Yaradıcılıq prosesim və mühəndislik yanaşmam barədə daha çox məlumat üçün Haqqımda bölməsinə keçid edə bilər ya da Github profilimə göz ata bilərsiniz.
